Hadisə
Azərbaycanda toy yasa döndü, iki bacı öldü - VİDEO/YENİLƏNDİ
Biləsuvarda baş verən qəza ilə bağlı TƏBİB məlumat yayıb.
Publika.az xəbər verir ki, bu gün saat 17 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
xxx
19:05
Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatı məlum olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
F.Rüstəmovanın idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.
Qəzada ölənlər iki bacı olublar. Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.
Araşdırma aparılır.
xxx
18:36
Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.
Toy karvanında hərəkət edən avtomobillərdən biri naməlum səbəbdən idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb.
Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları tərəfindən araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri araşdırmalar başa çatdıqdan sonra məlum olacaq.
-
ABŞ03:44Bizim İranın yaxınlığında böyük armadamız var - Tramp
-
İdman03:18Tarixə düşdü: Ronaldo və Benzemanın rekordlarını qırdı
-
ABŞ02:00ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı artdı
-
Qoroskop01:40Günün ulduz falı: Kiminləsə barışmaq üçün əla vaxtdır
-
İdman00:55“Qarabağ” İngiltərədədir - FOTO
-
Hadisə26 Yanvar 22:08Bakıda məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan ATDI - FOTO
-
İdman26 Yanvar 21:26“Liverpul”la oyunda “Qarabağ”ın şansı nə qədərdir? - Beqoviç açıqladı
-
Sağlamlıq26 Yanvar 19:20Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?









.jpg)




.jpg)



.jpg)

















