İdman
“Barselona” müdafiəçi ala bilməsə, Flik bu addımı atacaq
“Barselona”nın baş məşqçisi Hansi Flik Andreas Kristensenin ön çarpaz bağlarının qopmasından sonra klub rəhbərliyinə yeni mərkəz müdafiəçisi transfer etməyin vacibliyini bildirib.
Publika.az xəbər verir ki, lakin maliyyə məhdudiyyətləri və bazardakı variantların azlığı səbəbindən yanvar ayında transferin baş tutmaması ehtimalı yüksəkdir. Hazırda “Barsa”nın mərkəz müdafiəsində seçimləri xeyli məhduddur. Komandanın sərəncamında yalnız Jerard Martin (məcburi variant kimi), Erik Qarsiya və Pau Kubarsi qalır. Ronald Arauxo isə psixoloji problemlərdən sonra bərpa mərhələsindədir və hələlik tam etibarlı hesab edilmir.
“Diario Sport”un məlumatına görə, Hansi Flik çıxış yolunu “La Masiya” akademiyasında axtarmaq qərarına gəlib və bu istiqamətdə xüsusi plan hazırlayıb.
Almaniyalı mütəxəssis klub daxilində yüksək qiymətləndirilən, solayaqlı 18 yaşlı mərkəz müdafiəçisi Andres Kuensanı əsas komandaya cəlb edib. Bildirilir ki, ona şans veriləcəyi halda Kuensa Pau Kubarsi kimi növbəti böyük kəşfə çevrilə bilər.
Bununla belə, Flik yalnız Kuensa ilə kifayətlənmir və digər alternativ variantları da nəzərdən keçirməyə davam edir.
-
Sosial22:00Tramp onu "qurumuş gavalı" adlandırdı - FOTO
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi








.jpg)


.png)
























