Qırmızı.az
TQDK-a köhnə məzunları üçün qəbul imtahanı keçirir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2014/2015-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
TQDK-dan verilən məlumata görə, imtahan respublikanın 11
şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki,
Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində
ümumilikdə 34 binada keçirilir. İmtahanların idarə olunmasına 152
imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1619
nəzarətçi-müəllim cəlb olunub.
İmtahanda 18 773 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan
13 856 abituriyent I qrup üzrə, 4917 abituriyent isə IV qrup üzrə
imtahan verəcək.
Abituriyentlərdən 17 551 nəfəri (I qrup üzrə 12 876 nəfər, IV qrup
üzrə 4675 nəfər) Azərbaycan bölməsinin, 1222 nəfəri (I qrup üzrə
980 nəfər, IV qrup üzrə 242 nəfər) isə rus bölməsinin məzunudur.
Abituriyentlərin 11 923 nəfəri (I qrup üzrə 8709 nəfər, IV qrup
üzrə 3214 nəfər) oğlan, 6850 nəfəri (I qrup üzrə 5147 nəfər, IV
qrup üzrə 1703 nəfər) isə qızdır.
16 810 nəfər orta ümumtəhsil məktəblərinin, 191 nəfər ali təhsil
müəssisələrinin, 1772 nəfər isə orta ixtisas təhsili
müəssisələrinin məzunudur. 57 abituriyent xarici ölkələrin
vətəndaşıdır.
Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 1996-cı
ildəndir.
Bakı şəhərində 9257, Naxçıvanda 1156, Gəncədə 2181, Sumqayıtda
1461, Mingəçevirdə 704, Şəkidə 701, Ağcabədidə 517, Göyçayda 644,
Şirvanda 567, Lənkəranda 891, Xaçmazda isə 694 abituriyentin
imtahan verəcəyi gözlənilir.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa
çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının
qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil
telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə
biləcəklər.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan
abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas
seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək
aparılacaq.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili
müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən
abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri
elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə
daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə
biləcəklər.
-
ABŞ22:50
Polisi evə gətirən "yaxşı qız" 84 yaşlı sahibinin həyatını XİLAS ETDİ
-
Hadisə22:12
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin121:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Yaxın Şərq21:24
Netanyahu Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ
-
Magazin121:00
Zümrüd ayda bu qədər QAZANIR
-
Hadisə20:24
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Sosial19:50
Süni ağardılan qənd, saxta düyü - Partlayış baş verən "Bolluq" MMC ilə bağlı SENSASİON İDDİALAR
-
Rəsmi xronika19:41
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - YENİLƏNDİ