Nazirlik sahibkarları cəzalandırdı
Bizi izləyin

Qırmızı.az

Nazirlik sahibkarları cəzalandırdı

Bu il aprel ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 34 sahibkar inzibati qaydada cərimələnib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər. Bu müddətdə 5 nəfər barədə materiallar inzibati orqanlara verilib.

Hesabat müddətində 6 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 13 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 333, mikrobioloji göstəricilərinə görə 354, toksikoloji göstəricilərinə görə 22, radioloji göstəricilərinə görə isə 1 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 4-də orqanoleptik və fiziki-kimyəvi, 2-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.

Bu ilin aprel ayı əzində iaşə müəssisələrindən 746 yaxma nümunəsi götürülüb. Yaxma nümunələrinin 15-də bağırsaq çöpləri normadan artıq olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm