Qırmızı.az
Kəmaləddin Heydərov Koreyada səfərdə olub - FOTO
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün Azərbaycan FHN ilə Koreya Respublikasının Milli Fövqəladə Halların İdarə edilməsi Agentliyi arasında fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri üzrə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsi məqsədilə fövqəladə hallar naziri K.Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub.
Səfər çərçivəsində Seul şəhərində 16 aprel 2014-cü il tarixində "Sevol" gəmisinin batması nəticəsində həyatlarını itirmiş insanların xatirəsinə ayrılmış məkan ziyarət edilib və gül dəstələri qoyulub.
Daha sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikasının Milli Fövqəladə Halların İdarə edilməsi Agentliyinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Görüş zamanı müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu