Ev sahibi qulluqçunun üstünə qaynar su tökdü - FOTO
Bizi izləyin

Qırmızı.az

Ev sahibi qulluqçunun üstünə qaynar su tökdü - FOTO

Səudiyyə Ərəbistanında yaşayan ev sahibi Filippindən olan işçisinə qarşı qəddarlıq edib.

Fatma kimi qələmə verilmiş 23 yaşlı qız sahibin evində qulluqçu kimi çalışıb. Fatma ev sahibi tərəfindən qaynar su ilə cəzalandırılıb. Nəticədə qadının kürəyi və ayaqları yanıb. Fatma bir neçə saat ərzində xəstəxanaya çatdırılmayıb. Yalnız qohumu ilə əlaqə yaratdıqdan sonra təcili olaraq xəstəxanaya aparılıb.

Fatmanın qohumları qızın şəklini Facebook-da paylaşaraq kömək istəyiblər. Yaşanmış vəhşilik barəsində Filippin səfirliyinə müraciət edilib. Xaricdə yaşayan filippinlilərin komitəsinin hesablamalarına görə, Səudiyyə Ərəbistanında ev qulluqçusu kimi çalışan filippinlilərin 70%-i fiziki və psixoloji təcavüzə məruz qalır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm