Qırmızı.az
Əhliman Əmiraslanovun yeni nazir müavini təyin olunan oğlu tədbirdə – FOTO
Bu gün “Qafqaz Baku City” otelində BMT-nin İnkişaf Proqramı və Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” adlı birgə layihəsi üzrə hesabat seminarı keçirilib.
Publika.az-ın məlumatına görə, seminarda layihə üzrə 2013-cü ildə görülmüş işlərin yekununa dair hesabat verilib, gələcək tədbir və planlar üzrə müzakirələr aparılıb.
Həmçinin, beynəlxalq ekspertlərin layihə çərçivəsində etdikləri səfər, gördüyü işlərə dair ətraflı məlumat verilib və sonrakı fəaliyyət planı müzakirə edilib.
Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Proqramlar üzrə meneceri Məzahir Əfəndiyev layihənin uğurla davam edildiyini və planlı şəkildə layihə məqsədlərinə nail olunduğunu vurğulayıb.
Belə layihələrin vacibliyini tədbir iştirakçılarına bildirən Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov isə Nazirliyin BMT-nin İnkişaf Proqramı ilə daha sıx əməkdaşlıq etməsində maraqlı olduğunu söyləyib.
BMT İP-nin Rezident Nümayəndəsinin müavini Nato Alhazişvili öz növbəsində bu sahədə beynəlxalq təşkilatın Azərbaycana hər zaman dəstək göstərəcəyini bildirib.
Daha sonra Baş Milli Məsləhətçi Fərid Abbasov layihə çərçivəsində görülmüş işlər və gələcək planlar haqqında, Baş Texniki Məsləhətçi Devid Milton isə layihənin Strateji inkişafı barədə geniş təqdimatlar ediblər.
Yerli və beynəlxalq ekspertlərin görülmüş işlər barədə qısa icmalının təqdimatından sonra tədbir müzakirələrlə davam etdirilib.
Qeyd edək ki, tədbirdə Fövqəladə Hallar Nazirliyi, BMT-nin İnkişaf Proqramı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Su Ehtiyatları Dövlət Agentliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları və KİV-in nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, 2012-ci ildən həyata keçirilən bu layihənin məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının su çatışmazlığı, sel və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır.
Layihədə qanunvercilik və siyasət səviyyəsində idarəetmə bazasının təkmilləşdirilməsi, təşkilati bacarıqların gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə fəal iştirak etmələri üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.
Vasif Həsənli
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü