Qırmızı.az
"Nobel" mükafatı laureatı: “Şəhəriniz məni valeh etdi”
“Bakıda ticarət və gömrük məsələlərinin müzakirəyə çıxarılması sevindirici haldır. Mən bu tədbirdə iştirak etməkdən məmnunluq duyuram”.
Teleqraf.com-un xəbrinə görə, bunu "Nobel" mükafatı laureatı, Nyu-York Universitetinin iqtisadi elmlər professoru Tomas S.Sargent jurnalistlərə açıqlamasında deyib.
Professor qeyd edib ki, bu tədbirdə gömrük
siyasətləri ilə bağlı müzakirələr də aparılacaq:
“Bu məsələlər məni çox maraqlandırdığı üçün bu tədbirdə iştirak
edirəm”.
Özünün iqtisadçı olduğunu deyən Tomas S.Sargent qeyd edib ki, iqtisadçılar əsasən bu üç məsələni daim diqqət mərkəzində saxlayırlar:
“Bunlar açıq sərhədlər, azad ticarət və beynəlxalq rəqabətdir. Bunlar da ticarət və gömrük işinin daha da asanlaşdırılmasına və təkmilləşdirilməsinə kömək edən əsas amillərdir.”
"Nobel" mükafatçısı Bakıya ilk dəfə gəldiyini diqqətə çatdırıb: “Şəhərinizin bu qədər gözəl və ecazkar olması məni dərindən valeh etdi. Əvvəllər Bakı ilə bağlı internet vasitəsi ilə məlumat toplayır və izləyirdim. Bu gün isə şəhəri gördüyüm üçün tamam fərqli təəssürat yaşayıram.”
Qeyd edək ki, Bakıda Beynəlxalq Gömrük Universitetləri şəbəkəsinin (İNCU) və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin I Qlobal Konfransı keçirilir.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü