Mətanət Əzizovanın əri və oğlu qaçarkən tutuldu
Bizi izləyin

Qırmızı.az

Mətanət Əzizovanın əri və oğlu qaçarkən tutuldu

Qadın Krizis Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Mətanət Əzizovanın əri və oğlu ölkəni tərk etməyə çalışarkən saxlanılıblar.

Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus yayıb. Xəbərə görə, M.Əzizovanın əri Eldar Əzizov və onun oğlu Camal Gürcüstanla sərhəddə tutulublar.



Mətanət Əzizovanın anası, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı xəbəri təsdiq edib.



Hüquq müdafiəçisi deyib ki, kürəkəni ilə nəvəsi Gürcüstana gedəndə sərhəddə saxlanılıblar: "Onları saxlayan sərhədçilər deyiblər ki, sizin ölkədən çıxmağınıza icazə yoxdur. Konkret səbəb isə göstərilməyib".



Qeyd edək ki, Mətanət Əzizovanın adı Leyla Yunusun məşhur "erməni işi"ində hallanır. M.Əzizova bu işlə bağlı bundan əvvəl prokurorluqda iki dəfə dindirilib. M.Əzizova hazırda xaricdədir. Onun harada olduğu bilinmir, daha doğrusu, ailə üzvləri tərəfindən gizli saxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm