Müdafiə Nazirliyinin polkovniki ölüb
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyinin polkovniki ölüb

Müdafiə Nazirliyinin 4 gün əvvəl Bakıda yol qəzasında yaralanmış yüksək rütbəli zabiti hospitalda ölüb.

Trend xəbər verir ki, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Məmmədov Eldar Vəli oğlu bu gün səhər hərbi hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, mayın 19-da Bakı şəhəri 3-cü mikrorayon dairəsində "Mercedes" markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Məmmədov Eldar Vəli oğlunu vurmuşdu. Zabit ağır vəziyyətdə hospitala yerləşdirilmişdi.

Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm