Qırmızı.az
Müəllimlərlə görüşlər başa çatıb
Publıika.az-a Bakı şəhər Təhsil İdarəsindən verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında keçirilməsi nəzərdə tutulan paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi ilə bağlı hazırlıqlar davam etdirilir.
Bu məqsədlə Bakının 12 rayonunda keçirilməsi nəzərdə tutulan görüşlər artıq yekunlaşıb.
Hazırlıqların tərkib hissəsi olan görüşlərdə Səbail, Yasamal, Xətai, Suraxanı, Sabunçu, Pirallahı, Nərimanov, Xəzər, Nəsimi, Nizami, Qaradağ və Binəqədi rayonlarının ümumtəhsil məktəblərində çalışan müəllimlər iştirak edib.
Bakı şəhəri dövlət ümumtəhsil məktəblərində 19-24 may tarixlərində baş tutan görüşlərdə müəllimlərin sualları operativ olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi nümayəndələri tərəfindən cavablandırılıb, sınaq qiymətləndirilməsinin məqsəd və mahiyyəti barədə məlumat verilmiş və bu mövzuda çıxan problemlərə fərdi yanaşıləb.
Sınaq qiymətləndirmə ilə bağlı müəllimlər əsasən sualların necə olacağı, qoşa fənnlərdən dərs deyən müəllimlərin hansı fənndən qiymətləndirmədən keçəcəkləri, nəticələrin necə elan olunacağı ilə maraqlanıblar.
Eyni zamanda, müəllimlər qiymətləndirmədən sonra nəticəsi yüksək olanlar üçün stimullaşdırıcı tədbirlərin nədən ibarət olacağı, qiymətləndirmədə zəif nəticə göstərən müəllimlər üçün kursların necə təşkil ediləcəyi ilə bağlı suallar da veriblər.
Qeyd edək ki, müəllimləri maraqlandıran suallar 19-23 may tarixlərində Bakı Şəhəri üzrə Təhsil idarəsinin rəsmi “Facebook” səhifəsində də cavablandırılıb.
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ