Qırmızı.az
Qırıcılarımız səmaya qaldırıldı
Ötən gecə erməni kəşfiyyat-diversiya qrupunun növbəti dəfə postumuza basqın etməsindən sonra cəbhə xəttində vəziyyət gərginləşib.
Saat 10:30-dan başlayaraq Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələri cəbhə xəttində uçuşlar həyata keçirməyə başlayıb.
Cəbhə xəttində olan müxbirimizin məlumatına görə, arabir atəş səsi eşidilməsi nəzərə alınmazsa təmas xəttində nisbi sakitlik müşahidə olunur.
Qeyd edək ki, Erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və igidlik nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib./anspress/
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...