Qırmızı.az
Sumqayıtda gəlin-qayınana çuxura düşdü
Sumqayıt şəhərinin, "İnşaatçı" qəsəbəsində yol çöküb. Nəticədə ərazidən keçən iki nəfər yaranmış quyuya düşüb.
ANS TV-nin məlumatına görə, çökmənin baş verdiyi ərazidən içməli su
borusu keçirmiş. Boruda sızma əmələ gəlib və nəticədə yolun
piyadalar üçün nəzərdə tutulan yerində təxminən 2 metr dərinliyində
çuxur yaranıb. Hadisə zamanı oradan keçən 1957-ci il təvəllüdlü
Sədaqət Məmmədova çuxura düşüb. Onun yanında olan gəlini, 1989-cu
il təvəllüdlü Rüxsarə Məmmədova qayınanasını çuxurdan çıxarmağa
çalışsa da, özü də ora düşüb. Hər iki qadın müxtəlif dərəcəli bədən
xəsarətləri alıb.
Onlar təcili tibbi yardım briqadası tərəfindən Sumqayıt şəhər
xəstəxanasının Zədə Mərkəzinə çatdırılıb. Sədaqət və Rüxsarə
Məmmədovalara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.
Çökmənin baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt
Regional Mərkəzinin və Şəhər İcra Hakimiyyətinin nümayəndələri
baxış keçiriblər.
Yaranmış çuxur doldurulub, ərazidə təhlükəsizlik tədbirləri
görülüb. Faktla bağlı araşdırma aparılır. Çuxurun yaranmasına səbəb
olan amillər araşdırılır.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...