Qırmızı.az
Ottavada 28 May – Respublika Günü qeyd olunub
Bu gün "28 May - Respublika Günü" münasibətilə Azərbaycan Respublikasının Kanadadakı səfirliyi tərəfindən paytaxt Ottava şəhərində bir sıra tədbirlər həyata keçirilib.
Azərbaycanın Kanadakı səfirliyindən Trend-ə verilən məlumata
görə, ilk öncə Ottava şəhərinin meriyası qarşısında ənənəvi
Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi
keçirilib.
Daha sonra Səfirlik tərəfindən "Westin" mehmanxanasında "28 May -
Respublika Günü" münasibətilə ziyafət tədbiri təşkil olunub.
Ziyafət tədbiri zamanı Ottavada fəaliyyət göstərən "Qarabağ" adlı
Azərbaycan dili məktəbinin şagirdləri tərəfindən Azərbaycan
Respublikasının və Kanadanın dövlət himnləri səsləndirilib.
Hər iki dövlətin himnlərinin səsləndirilməsindən sonra Azərbaycan
Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev açılış nitqi ilə
çıxış edib. Səfir Fərid Şəfiyev ölkəmizdə gedən sosial-iqtisadi
inkişaf, Azərbaycan-Kanada ikitərəfli iqtisadi-siyasi münasibətləri
haqqında iştirakçılara ətraflı məlumat verib.
Həmçinin, ziyafət zamanı Kanada-Azərbaycan Parlamentlərarası
Dostluq Qrupunun sədri, millət vəkili Barri Devolin (Barry Devolin)
çıxış edərək, Kanadanın Azərbaycanla müxtəlif sahələrdə ikitərəfli
əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırıb və
ölkəmizin regiondakı vacibliyi barədə söhbət açıb.
Tədbirdə Kanada parlamentinin üzvləri, Ottavada akkreditə edilmiş
diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, o cümlədən,
bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri iştirak
ediblər.
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO