Qırmızı.az
“Azərbaycanın heyranedici dağları”
ABŞ-dan olan Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) sədr müavini, Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın (UIAA) Dağların Mühafizəsi üzrə Komissiyasının prezidenti xanım Linda Makmilan “Azərbaycanın heyranedici dağları” başlıqlı məqalə yazıb.
Publika.Az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Linda Makmilan məqaləni rəhbərlik etdiyi federasiyanın təsis etdiyi jurnalda “Mühafizə Olunan Dağlıq Ərazilər” adlı bülletendə nəşr etdirib.
L.Maklmilan ötən il oktyabr ayının sonlarında Bakıda keçirilən
“Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ
idman növlərinin Qafqaz nümunəsində mühüm rolu” mövzusunda
beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda olub.
O, konfrans çərçivəsində Şirvan, Şahdağ Milli Parklarını və
Qobustan Dövlət Tarix-Bədii Qoruğunu gəzib. Amerikaya qayıdandan
sonra belə bir məqalə yazıb.
“Oktyabrın sonlarında həyat yoldaşım və mən Bakı şəhərində yerləşən Qərb Universitetinin şəhərciyində keçirilən davamlı dağ turizminin inkişafı üzrə beynəlxalq konfransda iştirak etməkdən zövq aldıq. Dunyada on bir iqlim qurşağından doqquzu Azərbaycanda mövcuddur və yarıdan çoxu dağlar ilə əhatə olunur. Azərbaycanda 2003-cü ildən doqquz milli park yaradılıb.
Yerli ekoloqlar bizim üçün qorunan ərazilərlə və milli
parklarla tanışlıq səfəri təşkil etdi: Şirvan Milli Parkı, Şahdağ
Milli Parkı və UNESKO-nun Ümumdünya Mədəni İrsi siyahısına salınan
Qobustan.
Qobustan-rəsmi Qobustan Dövlət Tarix-Bədii Qoruğu kimi
tanınır və inanılmaz mənzərəyə malikdir! Baş Qafqaz silsiləsi
ərazisində yerləşir, orada təkcə üzərində qədim insanların
minilliklərə aid qayaüstü təsvirləri və izləri deyil, həmçinin
dağlar, palçıq vulkanları (sol tərəfdə) və “yanar dağ” (aşağıda)
mövcuddur.
Şirvan Milli Parkı Xəzəryanı hissədə yerləşir, gözəl ceyran
(Gazella subgutturosa) və su quşlarının bir çox populyasiyaları ilə
tanınır. Bir çox ceyran sürüsü onların bərpası üçün qonşu
Gürcüstana və Qafqazın digər hissələrinə yola salınıb.
Şahdağ Milli Parkı 2006-cı ildə yaradılıb və bütün Qafqaz regionunda ən böyük milli park hesab olunur. Səfərimiz zamanı biz Azərbaycanın ən yüksək dağı, möhtəşəm Bazardüzü zirvəsinin mənzərəsindən zövq aldıq. Çox mehriban ərazi bələdçiləri və meşəbəyləri bizi yüksək hündürlükdəki tədqiqat stansiyalarında, sonra isə dağ yamaclarında gəzdirdilər.
Bizim son təyinatımız Bazardüzü massivi idi, həm isti və günəşli, həm də zirvəsi qarla ortülü olan bu yer çox əsrarəngiz idi. Bələdçilər bizim üçün masa və oturacaqlar qurdular, sonra “təbii-alovlu daşlar” ilə hamımız üçün unudulmaz isti nahar hazırladılar. Həqiqətən unikaldır!”
Publika.Az
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”