Qusarda leysan ciddi fəsadlar törətdi
Bizi izləyin

Qırmızı.az

Qusarda leysan ciddi fəsadlar törətdi

Qusar rayonuna yağan leysan yağışları ciddi fəsadlar törədib.


ANS PRESS-in verdiyi məlumata görə, şiddətli leysan yağışları rayonun Yuxarı Meyar, Suray, Düz Sahil kəndlərində müşahidə olunub. Nəticədə həmin ərazilərdə olan kəndarası yolları sel yuyub.


Dəyən ziyanın aradan qaldırılması üçün müvafiq texnikalar həmin ərazilərə cəlb olunub. Düz Sahil və Xura kəndlərindəki 10-a yaxın evin zirzəmisinə də su dolub.


Qeyd edək ki, ötən gecə Quba rayonuna da yağan leysan yağışları fəsadlar yaradıb. Rayonun Tüləkəran ərazi nümayəndəliyinə yağan intensiv yağışlar əhaliyə ciddi ziyan vurub.


Rayon Fövqəladə Hallar Komissiyasından bildiriblər ki, Tülər kəndində sakinlərə məxsus bir neçə heyvanı sel aparıb. Onlarla evin həyət-bacası su altında qalıb.


Həmçinin kənd yolunun üstündəki körpü də üçüb. Möhüc kəndinə gedən körpü də uçmaq təhlükəsi ilə üzləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm