Qırmızı.az
Bu günə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 17-21°, gündüz 26-31° isti, Bakıda gecə 19-21°,
gündüz 29-31° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət
gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən,
yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 28-33° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə
və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 20-25° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 16-21°, gündüz 28-33° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə
və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 25-30° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən,
yağmursuz keçəcək.
Temperatur gecə 16-21°, gündüz 30-35° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 18-21°, gündüz 27-32° isti, dağlarda gecə 11-16°,
gündüz 21-25° isti olacaq.

-
İdman06:46
Messini ağır cəzadan görün kim xilas edib - FOTO
-
Magazin206:16
Hande Erçel uzun yarıqlı libasda GÖZ QAMAŞDIRDI - FOTO
-
Magazin204:14
Məşhur müğənni Britaniyada həbs edildi - FOTO
-
ABŞ02:42
Tramp 11-ci dəfə BABA OLDU
-
Magazin202:12
“Avroviziya”nın bütün finalçıları məlum oldu - YENİLƏNDİ
-
İdman01:11
“Traktor”dan SON NÖQTƏ - Yenə zəfər çalıb kuboku qazandı
-
Sosial00:45
Paytaxtın köçürülməsi müzakirə olunur: sağlamlığımız təhlükə altındadır? - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Bu dəyişiklik səni çaşdıra bilər