Qənirə Paşayevadan Qarabağ məruzəsi
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayevadan Qarabağ məruzəsi

Qənirə Paşayevadan Qarabağla bağlı məruzə

Q.Paşayeva III Dünya Türk Forumuda Qarabağ münaqişəsi ilə bağlı

məruzə ilə çıxış edib və dünyanın hər yerində yaşayan türkləri Qarabağ

həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb.

Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə Ədirnədə

keçirilən, Türk dövlət və toplumlarından, Türk diaspor təşkilatlarından

nümayəndələrin qatıldığı III Dünya Türk Forumuda iştirak edən millət vəkili

Qənirə Paşayeva “Mədəniyyət diplomatiyası: yeni üsullar və vasitələr”

mövzusunda məruzə ilə çıxış edib. Millət vəkili Qənirə Paşayeva çıxışı zamanı

Azərbaycan və Türkiyənin və ümumiyyətlə bütün Türk dövlət və toplumlarının,

diaspor təşkilatlarımizin əlaqəli şəkildə fəaliyyət göstərmələrinin, bir-birlərinə sıx

dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə

dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini

qeyd edib. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və

Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Azərbaycan və

Türkiyənin, və ümumiyyətlə bütün Türk dövlət və toplumlarından olan diaspor

təşkilatlarının birgə fəaliyyət göstərmələrinin daha da genişləndirilməsinin

vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu istiqamətdə daha çox

işlərin görülməli olduğunu deyib və türk diaspor təşkilatlarını da bu məsələlərdə

daha da aktiv olmağa çağırıb. 2015-ci ildə qondarma erməni soyqırımının 100

illiyi münasibətilə erməni diaspor və lobbisinin daha böyük səylər göstərəcəyini

deyən millət vəkili Qənirə Paşayeva bu məsələdə harada doğulub harada

yaşamasından asılı olmayaraq bütün Türk kökənli insanlar birgə mübarizəsini daha

da artırmalı, bu yalanların qarşısını almaq üçün Qarabağ, Xocalı həqiqətlərinin

daha geniş yayılmasına birlikdə nail olmalıyıq deyib. Millət vəkili 20-ci əsrin

əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin

sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan

torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın

bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə

bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu –

Türk dünyası birlikdə mübarizəsini daha da gücləndirməli və həqiqətləri dünyaya

birlikdə daha da geniş yaymağa çalışmalıdır. “Biz, Türk milləti olaraq ortaq

problemlərimizi birləşərək birlikdə həll etməliyik. Qondarma erməni soyqırımı

iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının

tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması harada doğulub,

harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz

bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş

şəkildə çatdırmalıyıq”, - deyə millət vəkili əlavə edib. Bu məsələdə hər bir türk

insanının üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva

“harada doğulmasından və yaşamasından asılı olmayaraq böyüyən gəncliyimizə

tariximizi,həqiqətlərimizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa

bilsinlər”. Millət vəkili Qənirə Paşayeva mədəniyyət diplomatiyasını biri-birimizi

daha yaxından tanımaq və biri-birimizə daha çox sahib ola b ilməmiz üçün bütün

Türk dövlətləri və doplumları olaraq ilk öncə öz aramızda daha da

genişləndirilməliyik. Ortaq tariximizin yazılıb bütün Türk dövlət və toplumlarında

gənclərə öyrədilməsinə, həqiqətlərimizin öz aramızda daha geniş yayılmasına

böyük ehtiyac var deyən millət vəkili Qənirə Paşayeva forumda dünyanın hər

yerindən gələn türk ziyalılarına müraciət edərək “sizin, bizim, buradakı və

ölkələrimizdəki, toplumlarımızdaki aydınların üzərinə bu istiqamətdə böyük

məsuliyyət düşür və biz hamımız bu istiqamətdə daha çox işləməliyik” deyib. O,

diaspor təşkilatlarımızın də milli məsələlərdə ortaq fəaliyyəti daha da

artırmalarının vacibliyinə toxunub və “bir türk toplumunun ağrı-acısı, problemi ilə

bağlı tədbirlərlə, həqiqətlərimizin yayılması ilə bağlı toplantılarda, işlərdə hansı

Türk dövləti və toplumunun mənsubu olmasından, harada doğulmasından asılı

olmayaraq bütün türk kökənli diaspor təşkilatları dəstək verməlidir və həmin

məsələnin arxasında nə qədər böyük bir gün olduğumuzu hamıya göstərməliyik.

Ermənistanın, ermənilərin Azərbaycan torpaqlarını işğal etməklə, Xocalı

Soyqırımızı törətməklə bərabər bu günə kimi Türkiyənin də ərazi bütövlüyünü

tanımadığını, ərazi iddiası irəli sürdüyünü, Ağrı dağını Ararat adı ilə gerbinə

qoyduğunu, qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə və türk millətinə

qarşı böhtan və yalan kompaniyasını davam etdirdiyini deyən millət vəkili Qənirə

Paşayeva harda doğulub, harda yaşamasından asılı olmayaraq heç bir türk insanı

bu həqiqətləri unutmamalı, ermənilərin bu addımları ilə əslində bütün türk

millətinə qarşı, hamımız əlehinə fəaliyyətini apardığını yaxşı bilməlidir və biz

hamımız birlikdə buna qarşı mübarizə aparmalıyıq deyib. Qarabağ probleminin

tarixi köklərini, yaranma səbəblərini hər bir türk insanı bilməlidir və görməlidir ki,

bu problem əslində təkcə Azərbaycanın deyil bütün türk dünyasının problemidir və

biz harda doğulub, harda yaşamasından asılı olmayaraq bütün türk kökənli qardaş

və bacılarımızın bu məsələdə daha sıx şəkildə Azərbaycanın yanında olmasını

gözləyirik.Millət vəkili mədəniyyət diplomasiyasında yeni imkan və üsullardan

biri olaraq sosial medianın getdikcə artan gücündən də danışaraq virtual dünyanın

imkanlarından həm mədəniyyətimiz, tariximiz, həm də həqiqətlərimizin təbliğində

daha geniş istifadə etməliyik deyib və bütün türk gəncliyini sosial mediada, virtual

aləmdə bu istiqamətdə fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva gəncləri

sosial medianın imkanlarından da istifadə edərək qondarma erməni soyqırımı

iddialarına qarşı mübarizədə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı

soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması

istiqamətdə səyləri artırmağa çağırıb. Azərbaycanın, Prezident İlham Əliyevin

rəhbərliyi altından dövlətimizin Qarabağ probleminin həlli istiqamətində gördüyü

işlər, son vəziyyət barədə də məlumat verən millət vəkili Qənirə Paşayeva inşallah

gələn Dünya Türk Forumunu birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz

gözəl Dağlıq Qarabağmızda, Şuşamızda, bütün o gözəl torpaqlarımızda birlikdə

qeyd edək deyib və hər bir türk insanını özünü Qarabağlı kimi hiss edərək

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, 1 milyon azərbycanlı qaçqın və

məcburi köçkün qardaş-bacılarımızın öz evlərinə dönə bilməsi istiqamətində

fəallıqlarını daha da artırmağa çağırıb. Heç bir türk insanı unutmamalıdır ki, 20

ildən artıqdır ki, Ermənistanın öz evinə dönməsinə imkan vermədiyi azərbaycanlı

qaçqın və məcburi köçkünlər onların qardaş-bacılarıdır və biz dünyanın,

beynəlxalq təşkilatların insanımıza, onun pozulmaqda davam edən haqlarına

biganə münasibətindən təssüflənməklə bərabər əl-ələ verərək bu vəziyyəti dəyişmək üçün birlikdə daha çox çalışmalıyıq və unutmamalıyıq ki, güc məhz

birlikdədir və bu birliyin daha da güclənməsi bizim hamımız üçün çox önəmldir.

Tədbirdə Türkiyədən və Türk dünyasının müxtəlif dövlət və toplumlarından,

diaspor təşkilatlarından da nümayəndələr iştirak və çıxış ediblər və onlar da öz

çıxışlarında Qarabağ problemi, Xocalı Soyqırımı həqiqətlərinin yayılması,

qondarma erməni soyqırımı iddialarına qarşı mübazidə bütün Türk kökənli

insanların ortaq fəaliyyətinin daha da güclənməsinin vacibliyini vurğulayaraq bu

istiqamətdə səylərini daha da gücləndirəcəklərini deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm