.jpg)
Bakıda mənzildə 1azyaşlı uşaq köməksiz vəziyyətdə
tapılıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına
istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda giriş
qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı
mənzildə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal
hadisə yerinə cəlb olunublar. Xilasedicilər çoxmərtəbəli yaşayış
binasının 10-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik
qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə
qonşu mənzilin eyvanından enərək daxil olublar. Nəzarətsiz qalmış
uşaq aidiyyəti üzrə təhvil verilib.