Qırmızı.az
Putin yüksək rütbəli diplomatları Bakıya göndərir – ÖZƏL
İyunun 28-də Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
Bu barədə Publika.az-a Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu məlumat verib. Onun sözlərinə görə, S.Narışkin iyunun 28-də Bakıda keçiriləcək ATƏT Parlament Assambleyasının yaz sessiyasında Rusiyanı təmsil edəcək. P. Bülbüloğlu deyib: “Narışkin Bakıya böyük nümayəndə heyətilə səfərə gələcək”.
Səfir həmçinin qeyd edib ki, bu gün axşam Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin rəhbəri Aleksey Pavlovskinin başçılıq etdiyi nümayəndə heyəti də Azərbaycana səfərə gələcək:
“Səfər çərçivəsində iyunun 2-də Bakıda A.Pavlovski ilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov arasında məsləhətləşmələr keçiriləcək. Bundan əlavə, A. Pavlovski Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla da görüşəcək. Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri və bunun gələcək perspektivləri müzakirə olunacaq”.
P. Bülbüloğlu iyunun 22-25-də Qəbələdə Rusiya-Azərbaycan Regional Forumunun da keçiriləcəyini söyləyib:
“Forumda Rusiyanın regional inkişaf naziri İqor Slyunyayevin başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən 8 qubernator, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Sultanov, mən və digər rəsmi şəxslər iştirak edəcək. Bu forumun Qəbələdə təşkil olunması bir daha onu göstərir ki, Azərbaycanın təkcə paytaxtı deyil, eyni zamanda regionları da sürətlə inkişaf edir”.
Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Naziri Aleksey Ulyukayev hazırda Bakıda səfərdədir.
Vasif Həsənli
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA