Qırmızı.az
Bu gün hava yağmurlu olacaq - HAVA HAQQINDA
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var.
Temperatur gecə 18-23°, gündüz 25-30° isti, Bakıda gecə 21-23°,
gündüz 28-30° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa
yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil
edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 22-23°, Zuğulba, Mərdəkan,
Şüvəlan və Buzovnada 23-24°, Türkan, Hövsan, Şıx və Şahildə 24-25°
isti təşkil edəcək.
Xəbərdarlıq
İyunun 3-dən 5-dək Bakıda və Abşeron yarımadasında arabir yağış
yağacağı, gecə saatlarında şimşək çaxacağı gözlənilir. Havanın
temperaturu iyunun 4-də ötən günlə müqayisədə 5° aşağı enəcək və
gündüz saatlarında 22-26° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı,
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 25-30° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı
var.
Temperatur gecə 7-12°, gündüz 19-24° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 24-29° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı
var.
Temperatur gecə 12-17°, gündüz 22-27° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək
çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-22°, gündüz 28-33° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir.
Temperatur gecə 16-20°, gündüz 24-29° isti, dağlarda gecə 9-14°,
gündüz 20-24° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli
tərəddüdü, 3-ü axşam və 4-də şimal küləyinin güclənməsi gözlənilir
ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü