Qırmızı.az
Misir Mərdanov 100 min manatlıq rüşvətdən DANIŞDI - ÖZƏL
Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin sabiq idarə rəisi İsaxan Babayevə qarşı 100 min manatlıq dələduzluq edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
M. Mərdanov Publika.az-a açıqlamasında deyib: “Mən bu məsələ ilə bağlı maraqlanıb öyrəndim. Deməli, o adamı mən təhsil naziri vəzifəsindən gedəndən sonra işdən çıxardıblar. O, yerinə qayıtmaq üçün kiməsə 100 min pul verib. Bu hadisə də məndən sonra baş verib. İsaxan Babayevi isə elə yaxşı tanımıram. Çünki onunla az işləmişəm. O, Təhsil Nazirliyinin Tikinti İdarəsinin rəisi olub”.
Xatırladaq ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İsaxan Teymur oğlu Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ilin may ayında Nəsimi rayonu ərazisində Ağdur adlı şəxsə (soyadı bilinmir) 100 min manat pul verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib. Lakin sonuncu pulu alaraq vədinə əməl etməyib.
Onu da bildirək ki, İsaxan Babayev 2011-ci ildə vəzifəyə təyinat alıb. Lakin Misir Mərdanov təhsil naziri vəzifəsindən getdikdən sonra İ.Babayev də işdən çıxarılıb.
Vasif Həsənli
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal3 May 19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat3 May 19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI