Qırmızı.az
Zəvvarlarımız üçün təhlükə var?
Səudiyyə Ərəbistanında “dəvə qripi” adlandırılan virusdan ölənlərin sayı ilə bağlı son rəqəmlər açıqlanıb.
ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanı Səhiyyə
Nazirliyinin açıqladığı məlumatlara görə, ölkədə 688 nəfər “dəvə
qripi” virusuna yoluxub, 282 nəfər ölüb.
Qeyd edək bir müddət öncə bu virusadan ölənlərin sayı 190 nəfər
olub.
Bir müddət sonra müqəddəs torpaqlara Həcc ziyarəti başlanacaq.
Azərbaycandan da xeyli sayda insan bu ziyarətdə iştirak edəcək.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) azərbaycanlı zəvvarların bu
təhlükə ilə qarşılaşmamaları ilə bağlı görüləcək tədbirlər
barəsində məlumat veriblər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri
Rəhimə Dadaşova ANS PRESS-ə açıqlamasında bu və ya digər forsmajor
hallar olduqda Səudiyyə Ərəbistanın Həcc Nazirliyindən bununla
bağlı direktivlər aldıqlarnı söyləyib: “Həcc ziyarəti yaxınlaşana
yaxın bizə nə direktiv gələcəksə biz də ona uyğun hərəkət edəcəyik.
Bura vaksinlərdən istifadə məsələsi də daxil ola bilər.
Azərbaycandan Həcc ziyarətini təşkil edən bir təşkilat olaraq QMİ
onların hər birinə əməl edəcək. Hələ ki, bununla bağlı olaraq bizə
heç bir direktiv daxil olmayıb".
Ancaq müqəddəs məkanlara ziyarətin başlanmasına çox az zaman qaldı.
Yaxşı olardı ki, QMİ xəstəlik təhlükəsi ilə bağlı qabaqlayıcı
tədbirlər görərdi ki, Hacı olmaq istəyən soydaşlarımız problem
yaşamasınlar.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...