Qırmızı.az
Azərbaycan hərbi təlimlərə başlayır
Azərbaycan, Türkiyə və Gürcüstan birlikdə hərbi təlimlər keçirməyi planlaşdırır.
ANS PRESS-in məlumatına görə, Brüsseldə Azərbaycan, Türkiyə və
Gürcüstan müdafiə nazirləri Zakir Həsənov, İsmət Yılmaz və İrakli
Alasaniya arasında üçtərəfli görüş keçirilib.
Görüşdə ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq
perspektivləri və regionda strateji enerjidaşıyıcı infrastrukturun
müdafiə üçün birgə hərbi təlimlərin keçirilməsi müzakirə
edilib.
Müdafiə nazirləri qeyd ediblər ki, üçtərəfli əməkdaşlığın daha da
dərinləşdirilməsi Azərbaycan, Türkiyə və Gürcüstanın
təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi əhəmiyyət kəsb
edir.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə
nazirləri səviyyəsində ilk dəfədir ki, üçtərəfli görüş
keçirilir.
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı