Qırmızı.az
Qəza törədən sürücülər polisə getməyəcək – Yeni qayda
Azərbaycanda avtomobil qəzaları zamanı sığorta ödənişini almaq üçün Dövlət Yol Polisindən (DYP) arayış almaq lazım olmayacaq.
Publika.az Fins.az-a istinadən xəbər verir ki, bu, "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları" layihəsində nəzərdə tutulub. Maliyyə Nazirliyi tərəfindən hazırlanmış sənədin layihəsi icazeler.gov.az saytında yerləşdirilib.
Sənədin " Hadisə ilə bağlı təsdiqedici sənədin tələb olunmaması"
bölməsində bildirilir ki, avtomobil qəzası zamanı iki şərt mövcud
olduğu halda, sığorta şirkəti DYP-dən arayış tələb edə bilməyəcək.
Bu hallar hadisənin günahkarının kimliyi ilə bağlı tərəflər
arasında mübahisənin olmaması və hadisə nəticəsində sağlamlığa
zərər dəyməməsidir. Belə olduqda ödəniş yol polisinin arayışı tələl
edidmədən verilməlidir.
Qeyd edək ki, qaydaların hazırda qüvvədə olan variantında hadisə
ilə bağlı DYP-dən arayışın tələb edilib-edilməməsi sığorta
şirkətinin öhdəsinə buraxılıb.
DYP-dən arayışın gec verilməsi və ya bəzən təhrif edilməsi sığorta
ödənişlərinin verilməsində əsas problemlərdən sayılır və
müştərilərlə sığorta şirkətləri arasında narazılıqlara səbəb
olurdu. Yeni qaydaların tətbiqi isə bu problemi aradan
qaldırmalıdır.
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR