Qırmızı.az
Avtobus sürücüləri nəzarətə götürüldü
Bakı yol polisi bu gündən avtobus sürücülərinə qarşı reydlərə başlayır.
Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol
Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis
polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, Bakıda
avtobus sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat
hadisələrinin sayının çoxluğu ciddi narahatlıq doğurur.
Bu məqsədlə avtobus sürücüləri arasında nizam-intizamın yüksəldilməsi və avtobus sürücülərinin iştirakı ilə yol qəzalarının qarşısının alınması üçün Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, şəhərin bütün küçə və yollarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobus sürücülərinin sənədlərinin yoxlanılması, onların "Yol hərəkəti haqqında" qanuna riayət etmələri yoxlanılacaq.
V.Əsədov bildirib ki, bununla bağlı artıq xüsusi qrup yaradılıb və
reydlərə Bakı yol polisinin bütün şəxsi heyəti cəlb olunub.
Qeyd edək ki, bu ilin 4 ayında Azərbaycanda avtobusların iştirakı ilə 25 yol qəzası qeydə alınıb. Nəticədə 10 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə