Qırmızı.az
Mədət Quliyev taborun geyimini yenilədi
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin konvoy taborunun geyimi yenilənib.
Məhkəməyə məhkum və təqsirləndirilmiş şəxsləri gətirən konvoylar qara rəngli geyimlə təmin olunublar. Movqe.az-ın məlumatını Penitensiar Xidmətinin ctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov da təsdiqləyib. M. Sadıqov bildirib ki, konvoy taborunun geyim formaları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Mədət Quliyevin təşəbbüsü və göstərişi ilə yenilənib:
"İndi Penitensiar Xidmətinin konvoy taborunun geyimi qara rəngli xarici görünüşü ilə fərqlənən rahat və keyfiyyətli formalardır. Xidmətin konvoy taboruna bu geyimlər paylanılıb və hazırda onlar yeni formadadırlar".
M. Sadıqov onu da bildirib ki, konvoy taborunun geyimi ilə yanaşı avtomobil parkı da yenilənib:
"Yeni maşınlar Ford və Fiat markalı, təhlükəsizliyi ilə fərqlənən avtomobillərdir. Bu avtomobillər məhkumların və təqsirləndirilən şəxslərin təhlükəsiz və rahat daşınmasına imkan yaradır. Yeni avtomobillərdə məhkumların rahatlığı da nəzərə alınıb. Həmin avtomobillərin ventelyasiya sistemi də var. Ümumiyyətlə platformanın yenilənməsi Ədliyyə naziri Fikrət Məmmədovun tapşırığı ilə həyata keçirilib.
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?