Qırmızı.az
Nazirlik 75 əlili istirahətə göndərdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildiriblər ki, nazirlik tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili istiqamətində aparılan işlərin davamı olaraq, bu gün daha 75 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə yola salınıb.
Bununla da son bir ayda ƏƏSMN tərəfindən ölkənin istirahət
zonalarında mənalı istirahəti təşkil edilən əlilliyi olan şəxslərin
sayı artıq 300 nəfərə yaxındır. ƏƏSMN üzrə müvafiq əmrlə
təsdiqlənmiş "2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən,
cari il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və
Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə istirahətə
göndərilməsi nəzərdə tutulur.
Əlilliyi olan şəxslərin istirahəti xüsusi proqram əsasında təşkil
olunur. Belə ki, istirahət zamanı maraqlı gəzintilər, idman
yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər və s.
keçirilir. Bununla yanaşı, əlilliyi olan şəxslər fizioterapevtik
müalicə prosedurlarına cəlb edilirlər.
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu