Qırmızı.az
Rektor “Facebook”da sualları cavablandırıb
ADİU-da "Rektor tələbələrin suallarını cavablandırır" aksiyası sona çatıb. Universitetin rektoru, professor Ədalət Muradov iyun ayının 5-dən 10-dək Facebook sosial şəbəkəsində tələbələr, valideynlər və digər şəxsləri maraqlandıran bütün sualları operativ cavablandırıb.
Publika.az-a daxil olan məlumata görə, bu müddət ərzində rektorun ünvanına 400-dən çox müraciət daxil olub. Rektorun birbaşa göstərişi ilə daxil olan müraciətlərin yerindəcə araşdırılıb tədbir görülməsi məqsədilə aidiyyəti struktur bölmələrə tapşırıqlar verilib.
Layihə çərçivəsində universitetin rəsmi Facebook səhifəsi (https://www.facebook.com/aseu.az) 20 minə yaxın izləyici tərəfindən oxunub. 10 minə yaxın istifadəçi isə "Rektor tələbələrin suallarını cavablandırır" aksiyasını bəyənib.
Rektor sosial şəbəkədə tələbələri daha çox narahat edən sualları birbaşa cavablandırmaq məqsədi ilə onları görüşə dəvət edib. Görüş zamanı rektor tələbələrin müraciətlərini dinləyərək məsələlərin həll edilməsi üçün məsul şəxslərə göstəriş verib.
Dövlət təhsil müəssisələri arasında ilk dəfə ADİU-da reallaşdırılan aksiyanın məqsədi imtahan sessiyası dövründə şəffaflığı artırmaq, tələbələrin rektora və digər rəhbər şəxslərə çıxış imkanlarının asanlaşdırılmasına xidmət etməkdir.
İstifadəçilərin marağını nəzərə alaraq, "Rektor tələbələrin suallarını cavablandırır" layihəsi gələcəkdə də həyata keçiriləcək.
-
Magazin120:40
Bəhram Bağırzadənin bu hüququ məhdudlaşdırıla bilər
-
Elm və təhsil20:32
Müəllimlərə maaşlarla bağlı ŞAD XƏBƏR
-
Elm və təhsil19:52
Baş nazirdən QƏRAR: təkrar sertifikatlaşdırmadan keçməyənlər...
-
Magazin219:36
38 yaşlı məşhur aktrisa vəfat etdi - FOTOLAR
-
Elm və təhsil19:20
9 rəhbər şəxs vəzifəsindən azad olundu
-
Sağlamlıq19:00
Çiyələklə bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Avropa18:00
Rusiya-Ukrayna müharibəsindəki həqiqət üzə çıxdı
-
Sosial17:45
Əli Əsədov yeni qərar imzaladı