Qırmızı.az
“İrəli” vikipediya təlimlərinə start verir
“İrəli” İnformasiya Texnologiyaları Mərkəzi Vikipediya Azərbaycanın tərəfdaşlığı ilə “WikiDays” layihəsinə start verir.
Publika.Az-ın verdiyi xəbərə görə, layihə çərçivəsində vikipediya barədə məlumat, məqalələrin yaradılması və redaktə edilməsi təlimatları, viki-məqalənin qorunması, vikimedia fondu, vikipediyada təbliğat aparılmasının prinsipləri və digər mövzularda peşəkar təlimçilər tərəfindən təlimlər və seminarlar keçiriləcək.
Layihənin keçirilməsində məqsəd vikipediyadan düzgün istifadə üzrə gənclərin maarifləndirilməsi, qlobal vikipediyalarda Azərbaycan maraqlarının qorunması, Azərbaycana aid məlumatların təhriflərə məruz qalmasının, dezinformasiyanın qarşısını almaqdan ibarətdir.
Qeyd edək ki, “İrəli” İctmai Birliyi hər zaman həyata keçirdiyi müxtəlif layihələrdə, forumlarda intellektual biliklərin artırılmasını prioritet hesab edib. Layihə 1 ay müddətində davam edəcək. Layihədə iştirak etmək istəyən şəxslər 30 yanvar 2014-cü il tarixinədək “İrəli” İctimai Birliyinin rəsmi saytında yerləşdirilən elektron ərizə formasını dolduraraq müraciət edə bilər.
Publika.Az
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...