Qırmızı.az
Kəmaləddin Heydərov saziş imzaladı
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığının Daxili İşlər naziri Məhəmməd Həssanın dəvəti ilə bu ölkədə səfərdə olub.
Publika.az
FHN-in rəsmi saytına istinadən bildirir ki, nazir Kəmaləddin
Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeşin paytaxtı
Rabat şəhərində Kral V Məhəmmədin Mavzoleyini ziyarət edib.
Səfər çərşivəsində nazir Kəmaləddin Heydərovun İSESCO-nun Baş
katibi Əbdüləziz Osman Əl Tüveycri ilə görüşüb.
Azərbaycanla İSESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən K.Heydərov vurğulayıb ki, iqtisadiyyatı gündən-günə inkişaf edən ölkəmiz mədəniyyət, təhsil və elm sahələrində də böyük layihələr həyata keçirir, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Kəmaləddin Heydərov Mərakeş Krallığının Baş naziri Abdelilah Benkirane ilə görüşündə isə FHN-in fəaliyyət istiqamətləri, strukturu və qurumları haqqında Mərakeş Krallığı hökumətinin başçısına ətraflı məlumat verilib, bu ölkənin müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri vurğulanıb.
Abdelilah Benkirane bildirib ki, onun
ölkəsi Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən fövqəladə
halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması
üzrə əməkdaşlığı gücləndirməkdə maraqlıdır.
Tərəflər Ermənistan-Azərbaycan və Qərbi Saxara problemlərinin
beynəlxalq hüquq normaları və sərhədlərin toxunulmazlığı
prinsipləri çərçivəsində həllinə dair iki ölkənin bir-birinə
dəstəyinin davam etdiyini bildiriblər.
Daha sonra Kəmallədin Heydərovun Mərakeş Krallığının Urbanizasiya və milli ərazilərin planlaşdırılması naziri Mohaned Lanser və Daxili İşlər naziri Məhəmməd Həssa ilə görüşləri keçirilib.
Görüşdən sonra nazirlər Kəmaləddin Heydərov və Məhəmməd Həssa “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında fövqəladə halların idarə olunmasında əməkdaşlığa dair” Sazişi imzalayıblar.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi