Qırmızı.az
Baş Prokurorluq: "Ərşad İbrahimov reket jurnalistdir"
Reket jurnalist Ərşad İbrahimov 2012-2013-cü illərdə ayrı-ayrı vaxtlarda Kəlbəcər rayon Təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovdan onun barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə 30 min manat məbləğində vəsaiti hədə-qorxu ilə tələb edib, lakin sonuncu pulu verməkdən imtina etdiyi üçün 13 aprel 2013-cü il tarixdə "YouTube" internet portalında "Kəlbəcər rayon təhsil şöbəsinin sabiq müdiri Mamed Bağırov 17 yaşlı qızı zorlayıb" başlıqlı informasiya yerləşdirib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
O, qeyd edib ki, M.Bağırovun müraciəti əsasında Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.İbrahimova həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş üzrə istintaq tamamlanaraq baxılması üçün Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə baxışı zamanı Ə.İbrahimov şahidlərə qanunsuz təsir göstərməklə məhkəmənin normal gedişinə mane olduğuna görə barəsində həbs qətimkan tədbiri seçilib.
Bəzi kütləvi informasiya vasitələrində Ə.İbrahimovun guya "Azadlıq" qəzetinin əməkdaşı olması barədə informasiyalar həqiqəti əks etdirmir.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO