Qırmızı.az
Bakı metrosunda “namus” davası
Bu gün səhər saat 09:30 radələrində Bakı Metropolitenində sərnişinlər arasında qalmaqal yaşanıb.
ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə,
hadisə qatarda baş verib.
Belə ki, qatar “İnşaatçılar” metrostansiyası ilə “Elmlər
Akademiyası” stansiyası arasında gedərkən axırıncı vaqonda 30 yaşlı
qadın gənc oğlana hücum çəkdi. Qadın iddia edirdi ki, gənc oğlan
onu qucaqlayıb. Qadının sözlərinə görə, gənc oğlan onu arxadan
qucaqlayıb. Lakin oğlan iddiaları qəbul etməyərək, qadının yalan
danışdığını bildirdi.
Sərnişinlərin mübahisə etdiyi vaxt həmin gənc müvazinətini saxlaya bilmədi və qadının qolundan tutdu. Bu hərəkət qadını daha da özündən çıxardı. Oğlana əl atmaq istəyən qadına digər sərnişinlər mane oldular. Qadın gənci söyməyə başladı.
Ani baş verən hadisədən özünü itirən gənc qatar “Elmlər
Akademiyası” stansiyasına çatan kimi qatardan düşdü. Gənc oğlan
böyük bir çətinlikdən qurtulmuş kimi iri addımlarla qaçaraq
metrodan çıxdı.
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı