
Azərbaycanda daha bir ali məktəbin tələbələrinə şortik qadağası tətbiq edilib.
"Qafqazinfo"nun verdiyi məlumata görə, bu barədə “facebook” sosial
şəbəkəsində məlumat yayılıb.
Belə ki, Qərb Universitetində çəkildiyi iddia olunan fotoda
tələbələrə çimərlik geyimində gəlməyin qadağan edildiyi görünür:
“Universitetə çimərlik paltarlarında (vyetnamka, qısa şort, açıq
top) gəlmək qadağandır!”
Qeyd edək ki, bundan əvvəl analoji xəbərdarlıq BDU və Azərbaycan
Dövlət İqtisad Universitetinin tələbələri üçün edilib.