Qırmızı.az
Əlixan Musayevin İŞİD-ə qoşulduğu xəbəri yayıldı - Özəl
Azərbaycanda sələfi liderlərindən olan Əlixan Musayev İraqda İŞİD (İraq Şam İslam Dövləti) qruplaşmasının tərkibində döyüşməyə gedib.
Publika.az-ın özəl mənbədən əldə etdiyi
məlumata görə, Ə. Musayev iki həftə öncə Türkiyə vasitəsilə
Suriyaya gedərək İŞİD qruplaşmasının tərkibinə qoşulub:
“Qruplaşmanın tərkibində vuruşan azərbaycanlıların əmiri vəzifəsini
daşıyır. Hazırda İraqa hücuma keçən İŞİD-in tərkibində azərbaycanlı
döyüşçülərə rəhbərlik edir”.
Məlumat nə qədər ilginc olsa da, dəqiqliyi sual altındadır. Əlixan
Musayevin telefonuna zəng çatmaması isə şübhələri bir qədər
artırır.
Sələfilərin içindən Publika.az-a məlumat verilib ki, Ə. Musayev bir ay öncəyə qədər Azərbaycanda dərs deyirmiş. Amma bir aya qədər olar ki, sələfilərdən heç kim onun harda olduğunu dəqiq bilmir. Amma onlar Ə. Musayevin İŞİD-ə qoşulduğuna inanmırlar.
Qeyd edək ki, bir müddət öncə Ə. Musayevlə “Əbu-Bəkr” məscidinin
imamı Qamət Süleymanov arasında narazılıq yaranmışdı. Buna səbəbsə
Ə. Musayevin Suriyaya gedən azərbaycanlıları dəstəkləməsi idi.
Sələfi liderləri onun təkfirçi bəyanatlarını geri götürməyə çağırsa
da, o, bu addımı atmadı və ayrıldı. Son məlumatlara görə,
Müşfiqabad məscidində fəaliyyət göstərirmiş.
Asif
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO