Qırmızı.az
Nazirlik saxta əlillik qrupunun təyin olunması xəbərini təkzib etdi
Cəlilabad rayonunda vəfat etmiş şəxsə guya əlillik qrupu təyin olunması barədə yayılan məlumatlar yalan və böhtan xarakteri daşıyır.
Publika.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev qeyd olunan informasiyaya aydınlıq gətirərkən jurnalistlərə deyib.
Nazirlik rəsmisi vurğulayıb ki, son günlərdə bəzi KİV-lərdə
Cəlilabad rayonu, Alıqasımlı kənd sakini Abıyev Habil Heydər
oğlunun elektron formada məktubuna istinad olunmaqla, 30 saylı
Tibbi-sosial ekspert komissiyası (TSEK) tərəfindən həmin rayonun
Günəşli kənd sakini İmanova Zəminə Əlgüşad qızının vəfat etdiyi
halda, onun "yenidən əlillik qrupunun təsdiq olunması" barədə heç
bir əsası olmayan, böhtan xarakterli məlumat yayımlanıb:
"İctimaiyyətin diqqətinə çatdırırıq ki, ƏƏSMN-in 30 saylı TSEK-i
tərəfindən 2012-ci ildə xərçəng xəstəliyindən vəfat etmiş İmanova
Zəminə Əlgüşad qızına deyil, Cəlilabad şəhər sakini İmanova Zəminə
İmanverdi qızına bronxial-astma xəstəliyinə görə təkrar olaraq
əlillik qrupu təyin edilib".
E.Babayev qeyd edib ki, İmanova Zəminə Əlgüşad qızı da vəfat etdiyi
tarixə qədər ikinci qrup əlilliyi olan şəxs olub:
"Yayılan yalan məlumatlarda onun vaxtilə əlilliyi olan şəxs kimi adı qeyd olunan köhnə siyahı guya yeni siyahı kimi saxtalaşdırılaraq KİV-də nümayiş etdirilib. Göründüyü kimi, ad və soyad oxşarlığından yararlanmaqla və qeyd olunan formada saxtalaşdırma aparılmaqla, həmçinin əsassız fikirlər yayımlanmaqla 30 saylı TSEK-in fəaliyyətinə ləkə yaxmağa, son vaxtlarda tibbi-sosial ekspertiza xidmətinin şəffaflaşdırılması sahəsində aparılan işlərin nəticələrini gözdən salmağa cəhd olunub. Belə cəhd, eyni zamanda, hazırda haqq dünyasında olan bir insanın adından bu cür nanəcib məqsəd üçün sui-istifadə edilməsi jurnalist əxlaqına, ümumən insan mənəviyyatına zidd olan qeyri-vicdani bir əməldir".
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO