Qırmızı.az
Xəstə yaxınları təcili yardımın həkimini döydü
İyunun 19-da axşam saatlarında Bakı sakinləri 6 saylı Təcili Yardım Stansiyasının həkimi İffət İsmayılovaya çağırıldığı ünvanda hücum ediblər. Həkimə hadisə yerinə gec çatdığına görə hücum olub.
Bu barədə Publika.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib.
Onun sözlərinə görə, həmin gün çağırışların sayı çox olub və briqada 10-15 dəqiqə gecikib.
“Bu, xoşagəlməz haldır, həkim günahı olmadığı halda hücuma məruz qalıb. Ərazidə 10 briqada olduğu halda, 20-dən artıq çağırış gəlirsə, istər-istəməz, 15-20 dəqiqə gecikmə olur. Buna görə də, insanlar hirslənib, həkimin üzərinə hücum ediblər. Artıq hadisə ilə bağlı həkim polisə müraciət edib”.
Nizami Rayon Polis İdarəsinin 24 saylı polis bölməsindən bildirdilər ki, həkim Qara Qarayev prospekti 94 saylı evə çağırış ilə gedib. Xəstə yaxınları həkimə hücum edib, onu döyüblər. Həkimi döyən şəxslər yaxın adamlarını itiriblər. Təcili yardım çağırılan qadın bu yardımı gözləyərkən dünyasını dəyişib. Onlar iddia edir ki, həkim çağırışdan bir neçə saat sonra gəlib.
Faktla bağlı araşdırma aparılır.
Gülxar
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO