Qırmızı.az
Ölkənin nüfuzlu qəzet rəhbərləri bir ARAYA GƏLİR
Bu gün yayım firmaları və qəzet redaktorları görüşəcək. Toplantıda mətbuatın problemləri, qəzetlərin satışına yaranmış maneələr müzakirə ediləcək.
«Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı Hafta.az-a
verdiyi məlumatda görüşün saat 14:00-da, “Ayna” –“Zerkalo”
qəzetlərinin redaksiyasında baş tutacağını bildirib.
Qeyd edək ki, ötən il noyabrın 14-də metro stansiyalarından bütün
qəzet və kitablar yığışdırılıb, satışa qadağa qoyulub. Bundan sonra
qəzetlərin satışına əngəl yaradan daha bir qərar yanvarın 15-i
qəbul edildi.
Belə ki, Bakı şəhərinin küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satış nöqtələrinə Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilən icazələr ləğv edildi.
Digər bir problem isə “Qasid” yayım firmasının bəzi qəzetlərə
satılmış nüsxələr üçün pul verməməsidir. Bununla bağlı sonuncu
etiraz aksiyası yanvarın 22-də “Azadlıq” qəzetinin kollektivi
tərəfindən, firmanın qarşısında keçirilib.
Müxtəlif redaksiya nümayəndələri satış problemlərinin həll
olunmayacağı təqdirdə etiraz nümayişləri keçirəcəklərini və diqqəti
bu məsələyə yönəldəcəklərini bəyan ediblər.
Məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət olunması da gözlənilir.
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO