Qırmızı.az
Bank müdiri həbs edildi
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "RoyalBank" Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının vəzifəli şəxsləri tərəfindən qanunsuzluqlara yol verilməsi faktı üzrə başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Respublika Baş Prokurorluğundan Axar.az-a verilən məlumata görə, aparılmış istintaqla filialın sabiq müdiri Elmir Əsgərovun qulluq mövqeyindən istifadə edib. Cəmiyyətin vəzifəli şəxsləri ilə əlbir olan sabiq müdir Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən ASC-nin hesabına köçürülmüş 650 min manat məbləğində vəsaiti kənd təsərrüfatı kreditlərinin verilməsi adı ilə digər şəxslərin adına sənədləşdirib və həmin vəsaitin 150 min manatını mənimsəməklə "RoyalBank" ASC-yə külli miqdarda ziyan vurub. Buna görə də E.Əsrgərova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ