
Bu gün səhər saat 07:30-da Hacıqabul rayonunda qatarı saxlatmaq istəyən kişini teplovuz vurub.
Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Qarasu
kənd sakini, 1959-cu il təvəllüdlü Tacəddin Xanbala oğlu Babayev
Bakı-Qazax dəmir yolu xəttində qatar vurub.
Araşdırmalar zamanı məlum olub ki, Tacəddin Babayev Mingəçevirə
getmək istəyib. O, dəmiryol xəttinin yanında dayanaraq qatarı
saxlatmaq istəyib. Bu zaman teplovozun altına düşüb.
Qatarın altında qalan Tacəddin Babayev hadisə yerində dünyasını
dəyişib.
Faktla bağlı araşdırma aparılır.