Qırmızı.az
Ölkə ərazisində bu günə olan hava haqqında məlumat
Bakıda və Abşeron yarımadasındabuludlu hava şəraitinin
üstünlük təşkil edəcəyi, arabir havanın yağıntılı olacağı, əsasən
gecə saatlarında yarımadanın bəzi yerlərində yağışın sulu qarla
yağması ehtimalı var.
Temperatur gecə 0-2°, gündüz 4-7° isti, Bakıda gecə 0-2°, gündüz
5-7° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 80-90 faiz
təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir qar
yağacağı gözlənilir.
Temperatur gecə 3-8°, bəzi yerlərdə 10-12° şaxta, gündüz 3°
şaxtadan 2°-dək isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə
intensiv olacağı ehtimal olunur.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti təşkil
edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında havanın arabir yağıntılı olacağı
gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 5-9° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi
yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv
olacağı ehtimalı var.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti, dağlarda
gecə 5-10°, yüksək dağlıq ərazilərdə 13-18°, gündüz 0-5° şaxta
təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir
yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti təşkil
edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq
ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-4°, gündüz 4-8° isti, dağlarda gecə 0-4° şaxta,
gündüz 0-4° isti təşkil edəcək.
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO