Qırmızı.az
Bir avtomobil qohumlar arasında ədavətə səbəb oldu (VİDEO)
Avtomobil alışı heç də qohumlar üçün
yaxşı nəticələnməyib.
ANS TV-nin məlumatına görə, bir avtomobil
qohumları bir-birinə vurub. Paytaxtın Suraxanı rayonu, Əmircan
qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 81 ünvanında yaşayan Asim
Muradov avtomobil məsələsi üzündən qohumlarla üz-göz olub. O, deyir
ki, 2012-ci ildə qohumu Mətanət Əliyeva “Nissan” markalı avtomobili
kreditlə almalı olub. Asim paytaxtda qeydiyyatda olduğundan ona
qohumu tərəfindən zamin durmaq təklifi gəlib. Məhz atasının
yaxınlarının könlünü qırmamaq üçün də Asim Mətanət Əliyevaya zamin
durub. Ancaq bir-iki ildən sonra bankdan xəbər gəlib ki, alınan
“Nissan” markalı avtomaşının krediti ödənilməyib və onu məhkəməyə
dəvət ediblər. Ancaq Asim Muradovun sözlərinə görə, onun bu
proseslərdən heç xəbəri olmayıb.
Mətanət Əliyeva bütün olanlara aydınlıq gətirməyə
çalışdı. Məlum oldu ki, avtomaşın 2013-cü ildə Ceyhun Mirzəyevə
satılıb. Krediti də məhz onun gecikdirdiyini iddia
etdi.
Ceyhun Mirzəyev isə avtomobili etibarnamə ilə
başqa bir şəxsə satdığını bildirdi. Amma Mətanət xanım Ceyhun
Mirzəyevə verdiyi etibarnaməni ləğv etdirdiyini idda edir. Bankdan
bildirdilər ki, hər iki ünvana xəbardarlıq
göndərilib.
Asim Muradov isə zaminlik müqaviləsinə qol
çəkdikdən sonra yaşadığı ünvanı dəyişib və bu barədə banka məlumat
verməyib. Baxmayaraq ki, bu, maddə zaminlik müqaviləsində öz əksini
tapıb.
Hüquqşünas Tahir Əlirzayev vurğuladı ki, istənilən
halda avtomobili son alan şəxs bu işdən daha çox ziyan
görəcək.
"Yaxşı olar ki, o maşını banka təhvil versin.
İkinci halda isə bank öz maraqları çərçivəsində məsələni uzatmaqla,
yəni zamin və maşın sahibinə vaxtında məlumat vermədiyindən işi bir
azda qəlizləşdirib. Qaldı ki, zamin istənilən vaxt kredit götürən
şəxsə və ya banka məhkəmədə iddia qaldıra bilər", - deyə hüquqşünas
bildirdi.
Hüquqşünas onu da dedi ki, indi maşın kimin
adınadırsa, o, şəxs istənilən vaxt tam hüquqla avtomobilini tələb
edib, banka təhvil verə bilər. Bununla da heç olmasa, borcun
miqdarını azaltmış olacaq.
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə