Qırmızı.az
Yol qəzası baş verib
Bakının Suraxanı rayonu ərazisində, Aeroport
şossesində xəsarətlə nəticələnən yol qəzası baş verib. “Chevrolet”
markalı avtomobil şossenin sürətli hərəkət hissəsində “VAZ-2107”
markalı avtomobili arxadan vurub. Qəza nəticəsində “VAZ-2107”-də
olan sərnişin Kənan Hacıyev xəsarət alıb. Xəsarət alan sərnişin
təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya
aparılıb.
İlkin məlumata görə, qəzaya qarşıda hərəkətdə olan
başqa bir avtomobilin qəfildən sürəti azaltması səbəb olub.
Qarşıdakı maneəni görən “VAZ-2107”-nin sürücüsü də sürəti azaldıb.
Lakin sürətlə hərəkət edən avtomobillə ara məsafəsini düzgün
saxlamayan “Chevrolet”in sürücü idarəetməni itirib və nəticədə
toqquşma baş verib.
Qəza ilə əlaqədar aeroport şossesində tıxac
yaranıb. Yol-patrul xidmətinin əməkdaşları hərəkəti nizamlayıblar
və qəzaya uğrayan avtomobillər evakuasiya edildikdən sonra yolda
avtomobillərin normal hərəkəti bərpa olunub.
Faktla bağlı Suraxanı rayon polis idarəsində
araşdırma aparılır. /ANS PRESS/
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı