Qırmızı.az
Daxili Qoşunların yeni komandanı Bakıda hərbi hissədə olub
Daxili işlər nazirinin müavini - Daxili Qoşunların
komandanı general-mayor Şahin Məmmədov yanvarın 26-da gənc
əsgərlərin qəbulu, yerləşdirilməsi və tədris prosesinin vəziyyətini
yoxlamaq məqsədilə qoşunların Bakı şəhərinin Nərimanov rayonunda
yeləşən "N" saylı hərbi hissəsində olub.
Daxili İşlər Nazirliyi Daxili Qoşunların mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, hərbi hissə komandanlığı gənc
əsgərlərin mövcud şəraiti, aparılan fərdi psixoloji söhbətlər,
həmçinin sağlamlıq durumları barədə geniş məruzə edib.
Daxili Qoşunların komandanı gənc əsgərlərin hərbi xidmətə çağırışa
qədərki dövrdə ailə vəziyyəti, məşğul olduqları peşə sahələri,
eləcə də hazırkı mənəvi-psixoloji keyfiyyətlərinin dərindən
öyrənilməsinin zəruriliyini vurğulayıb.
O, eyni zamanda, hərbi hissənin tibb məntəqəsində müalicə olunan
gənc əsgərlərlə maraqlanıb, səhhətlərində əsasən mövsümü
xəstəliklərin müşahidə olunduğu bir neçə hərbi qulluqçuların daima
həkim nəzarətində olması tapşırığını verib.
Sonra ənənəvi olaraq əsgər valdeynləri ilə görüş keçirilib, onların
fərdi qaydada müraciətləri dinlənilib. Əsgər valideynləri övladları
üçün yaradılmış hərtərəfli şəraitə görə ölkə və DİN rəhbərliyinə
dərin minnətdarlıqlarını bildiriblər.
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...