Qırmızı.az
Bu restoranların yeməklərini yeməyin
İqtisadiyyat və Sənaye Nazirliyi bu dəfə də istirahət mərkəzləri və restoranlarda yoxlama aparıb.
Bu barədə Publika.az-a nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, Zirə qəsəbəsində “Dübəndi Bağları” MMC-yə məxsus “Dübəndi” restoranında yoxlama aparılarkən köhnə, istifadəyə yararsız ərzaqlardan yemək hazırlandığı məlum olub.
Bundan əlavə, Sumqayıt şəhəri, Novxanı şosesində yerləşən “Qoç” MMC-yə məxsus “Səma” istirahət mərkəzində də nöqsanlar aşkarlanıb. İstirahət mərkəzində istehlakçılara köhnə ərzaqlardan hazırlanan yeməklər təklif edilib.
Nazirlik Sumqayıt şəhəri, II mikrorayon, 69 ünvanında yerləşən “Mərcan” restoranında yararsız ərzaqlar aşkarlayıb.
Nöqsanlarla bağlı müəssisə rəhbərlərinə qarşı cərimələr tətbiq edilib. Nazirlik xəbərdar edir ki, istehlakçının menyu ilə tanış olmaq, təklif edilən yeməklərin tərkibi və ərzaqların keyfiyyətini öyrənmək hüququ var. Mağaza, restoran, istirahət mərkəzi və digər ictimai iaşə mərkəzində nöqsanlarla qarşılaşanlardan nazirliyə məlumat vermələri xahiş edilir.
Qeyd edək ki, keyfiyyətsiz ərzaq problemi təkcə az tanınan restoranlara xas deyil. Adlı-sanlı, məşhur restoranlarda da vəziyyəti yaxşı saymaq olmaz. Məsələn, bu günlərdə Bakının dəbdəbəli "Niaqara" restoranında yeməkdən kütləvi zəhərlənmə olmuşdu. Müdafiə sənayesi naziri Yavər Camalova məxsus olan bu restoranda xeyli müştəri zəhərlənmiş, buna görə restoranı məhkəməyə verəcəklərini də bəyan etmişdilər.
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM