Hadisə
Nazirin avtomobili "qırmızı"da keçdi, qəza törətdi: 3 nəfər yaralanıb
İşıqforun qırmızı işığından keçən İsrail Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin olduğu avtomobilin başqa bir avtomobillə toqquşması nəticəsində 3 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin olduğu rəsmi avtomobil qəzaya düşüb. Ramle şəhərində baş verən qəzada israilli nazirin getdiyi avtomobil digər avtomobillə toqquşub və aşıb. Hadisə şahidləri israilli nazirin avtomobilinin işıqforun qırmızı işığından keçdiyini, qəza nəticəsində 3 nəfərin yaralandığını bildiriblər.
İsrail Milli Təhlükəsizlik Nazirliyinin idarəsindən verilən açıqlamada nazirin vəziyyətinin yaxşı olduğu və huşunun yerində olduğu bildirilib. Polis qəzanın səbəbləri ilə bağlı araşdırmalara başladığını bildirib.
İsrail mediası bəyan edib ki, Ben-Qvirin xidməti avtomobilinin son aylarda çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna dair məlumatlar var.
Aysel
-
Rəsmi xronika11:24
İlham Əliyev sərəncam imzaladı
-
Cənubi Qafqaz10:30
Paşinyan hücum tapşırığı verdi: bu gün İrəvanda qırğın olacaq
-
Magazin110:00
Mehin aldığı ən bahalı hədiyyədən danışdı: yaşadığım evi... - VİDEO
-
Ekopublika.az09:25
Dünyanın ən varlı və yoxsul ölkələrinin YENİ SİYAHISI
-
ABŞ09:00
İsrail "qırmızı xətt"i keçəcək? - Bunu edərsə, ABŞ silah tədarükünü dayandıracaq
-
Dünya08:30
Belqorod atəşə tutuldu: yaralılar var
-
Sağlamlıq07:55
Banan, pomidor, xiyar... – Səhərlər bunları yeməyin!
-
Magazin106:49
“Deputat olmaq fikrim var idi” - Rasim Balayev