Qırmızı.az
Prezident ermənilərdən danışdı
"BMT-nin elə qətnamləri var ki, onlar saatlar içində həyata keçirilir. Azərbaycanın 20 ildir ki torpaqları işala altındadır amma qəbul olunan qətnamələr həyata keçirilmir. Beynəlxaql təşkilatların qərarları həyata keçirilməlidir. Burada bizə qarşı selektiv yanaşama var".
Bunu prezident İlham Əliyev Bakıda ATƏT Parlament Assambleyasının
(PA) 23-cü illik sessiyasında çıxış edib.
Prezident bildirib ki, Azərbaycan 20 ildən çoxdur erməni
təcavüzündən əziyyət çəkir. Ərazilərimizin 20 faizi işğal
altındadır, 1 milyondan çox qaçqınımız var. "Ermənilər bizə qarşı
etnik təmizləmə siyasəti həyata keçiriblər. BMT-nin qəbul etdiyi
qərarlar kağız üzərində qalır. Ermənistan bu qərarlara məhəl qoymur
və zəbt edilmiş torpaqlardan çıxmır. Həmsədrlərin bəyanatlarına
əməl etmirlər. Öz müqqəddəratını təyinetmə məsələsinə diqqətlə
baxmalıyıq. Orada qeyd olunub ki, ərazi bütövlüyü qorunmalıdır.
Ermənistan dövlətini də Azərbaycan torpaqları hesabına
yaradıblar".
İ.Əliyev qeyd edib ki, işğal altında olan torpaqlardakı
məscidlərimiz yerlə yeksan edilib. ATƏT münaqişənin həllində rol
oynamayıb. Ermənistan region üçün ən böyük hədədir.
"Son on ildə iqtisadiyyatımız 10 dəfə yüksəlib. 170 milyard ABŞ
dolları dəyərində Azərbaycana sərmayə qoyulub. Azərbaycan kosmos
sənayesinə malik ölkədir. Biz təhsil sahəsinə sərmayələri artımaq
niyyətindəyik. Təhsil eksterimizmə, millətçiliyə qarşı bir
zəmanədir.
Azərbaycan dünyada elə bir ölkədir ki, Xəzər, Qara və Aralıq dənizini birləşdirib. Avropanın enerji təchizatında xüsusi rol oynayırıq".
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi