Qırmızı.az
Prezident: "Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətidir
"Azərbaycan dinamik və dayanıqlı iqtisadi inkişafa nail olan ölkədir. Həyata keçirilən siyasi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda demokratik və ədalətli dövlət qurulmuş, şəffaf ictimai münasibətlər sistemi formalaşmışdır".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib. Müraciəti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub.
Prezident İlham Əliyev qeyd edib ki, dövlət idarəçiliyində
səmərəliliyin təmin edilməsi, açıq hökumət institutlarının tətbiqi,
elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət
siyasətinin başlıca istiqamətləridir.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı
mübarizəni uğurla aparmaq üçün möhkəm siyasi iradə mövcuddur:
"Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq
təşəbbüslərə qoşulması ilə qanunvericilik bazası tam
müasirləşdirilmiş və institusional islahatlar həyata
keçirilmişdir".
İlham Əliyev vurğulayıb ki, təəssüflər olsun ki, korrupsiya bütün
dünyada, o cümlədən Avropa ölkələrində də aktual problemlərdən biri
olaraq qalır: "Ona görə də bu sahədə daim yeni təşəbbüslərin irəli
sürülməsi zəruridir. Avropa Şurasına üzv ölkələrlə Azərbaycan
arasında əlaqələr daim inkişaf edir, müxtəlif sahələrdə genişlənir.
Mayın 14-dən Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik
edir. Ölkəmiz sədr olduğu dövrdə korrupsiyaya qarşı mübarizəni
prioritet elan etmiş və üzv ölkələrin qarşılaşdıqları problemlərlə
ciddi şəkildə məşğul olmaq niyyətindədir. Əminəm ki, korrupsiyaya
qarşı mübarizədə milli və beynəlxalq səylərin gücləndirilməsinə
xidmət edən bu konfrans fəaliyyətimizin daim əlaqəli təşkilinə və
əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəkdir. Sizi bir daha
təbrik edir və konfransın işinə uğurlar arzulayıram!"
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda