Qırmızı.az
Vəkillər Kollegiyasından KİV-lərə tövsiyə
Məlum olduğu kimi son günlər respublikamızda fəaliyyət göstərən bir sıra KİV-lərdə "Vəkil Əlabbas Rüstəmov həsb olundu" və s. bu kimi başlıq və məzmunlu yazılar dərc olunub.
Qeyd olunan yazılarda Əlabbas Rüstəmov adlı şəxs cəmiyyətə vəkil kimi təqdim olunub. Bununla bağlı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, yalnız Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxslər vəkillik fəaliyyətini həyata keçirə bilərlər.
Beləliklə, adıçəkilən şəxsin Kollegiyanın üzvü olmadığı nəzərə alınaraq qeyd olunan şəxs barəsində mətbuatda məlumatlar verilərkən "vəkil" adından qanunsuz istifadəyə yol verilməməsi KİV-lərdən xahiş olunur.
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ