Qırmızı.az
QMİ müxtəlif Ramazan təqvimləri ilə bağlı məsələyə aydınlıq gətirdi
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının müxtəlif təqvimləri ilə bağlı məsələyə aydınlıq gətirib.
QMİ-nin mətbuat xidmətindən Publika.az-a daxil olan məlumatda deyilir:
"Məlum olduğu kimi, müqəddəs Ramazan ayının daxil olması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, günün duaları və bayram tarixini əhatə edən müstəsna təqvim tərtib edərək məscidlərə paylayıb. Həmin təqvimdə göstərilənlərə əməl edilməsinə Azərbaycan ərazisindəki bütün məscidlər məsuldur".
QMİ-yə daxil olan məlumatlara görə, ölkə ərazisində bəzi məscidlər, o cümlədən, İçərişəhər Cümə, Məşədi Dadaş və Təzəpir adından müxtəlif təqvimlər insanlara paylanılır. Bu təqvimlərdə göstərilən iftar və imsak vaxtları fərqli olub, əhali arasında çaşqınlıq yaradır.
İdarə bununla bağlı bildirir ki, yayılan həmin təqvimlər etibarsızdır və təxribat xarakteri daşıyır: "Belə ki, bu şəkildə çap edilib yayılan təqvimlərin məqsədi Azərbaycan müsəlmanları arasında təfriqə yaratmaq, mənəvi birliyimizə xələl gətirməkdən başqa bir şey deyildir. Əhalini sayıq olmağa, belə təxribatlara uymamağa çağırırıq".
QMİ-nin hazırladığı təqvim İdarənin rəsmi veb-saytında (qafqazislam.com) yerləşdirilib. Əhali həmin təqvimin nüsxələrini məscidlərdən də pulsuz əldə edə bilər.
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR